Türkiyənin Mardin vilayətində növbəti terror aktı törədilib.
APA-nın xəbərinə görə, PKK terrorçuları vilayətin Nuşaybin rayonunda zirehli avtomobili partladıblar. İçərisində polislərin olduğu zirehli avtomobilin partladılması nəticəsində biri komissar olmaqla 3 polis şəhid olub, biri ağır yaralanıb.Terrorçular əvvəlcədən basdırdıqları partlayıcı qurğunu zirehli avtomobil yoldan keçərkən işə salıblar. Ərazidə irimiqyaslı əməliyyatlara başlanıb, rayonun giriş-çıxışı nəzarətə götürülüb.
Siirt vilayətinin Eruh və Pürvari rayonlarında terrorçuların zərərsizləşdirilməsi istiqamətində keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 9 terrorçu məhv edilib.
Eruhda hərbi bazaya silahlı hücum edilib. Hərbçilərin cavab atəşi ilə terrorçular geri çəkilib, onlardan 6-sı öldürülüb.
Pervari rayonunda isə terrorçuları təqib edən hərbçilər onlardan 3-ü məhv ediblər.