İsrailin ədliyyə naziri Yariv Levin yanvarın 5-də Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıran və hakimlərin seçkilərində hakimlərin təsirini azaldan qanun hazırladıqlarını açıqlamışdı. Bu isə hakimlər arasında gərginliyə səbəb olmuşdu.
Qaziler.az xəbər verir ki, Netanyahu hökumətinin məhkəmə tənzimlənməsinə və sağçı siyasətinə qarşı ölkədə 9 həftədir hər şənbə günü kütləvi nümayişlər keçirilir. Təl-Əviv başda olmaqla, ölkə daxilində Hayfa, Qərbi Qüds, Birussebi və Netanya kimi böyük şəhərlərdə keçirilən nümayişlərəə on minlərlə israilli qatılır.
İsrail ordusunda xidmət edən ehtiyatda olan 37 qırıcı pilot məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsinə cavab olaraq martın 8-də keçiriləcək təlimdə iştirak etməyəcəklərini bəyan ediblər.
İsrail mediası həmçinin bildirib ki, İsrail ordusunun sağ qalan bütün hava qüvvələri komandirləri Netanyahu və müdafiə naziri Yoav Gallanta məktub göndərərək ölkədə baş verən hadisələrlə bağlı narahatlıqlarını ifadə ediblər və qırıcı pilotların addımlarını dəstəkləyiblər.
Eyni şəkildə, İsrail ordusunun kiber qüvvələrinin polkovniklər, leytenantlar və general-mayorların da iştirak etdiyi 150 şəxsi heyət məhkəmə tənzimlənməsi dayandırılmadığı təqdirdə növbəti təlimələrə qatılmayacağını bildirib.
İsrail ordusundakı müxtəlif qüvvə və birliklərdən bəzi ehtiyat əsgərlər də məhkəmə nizamnaməsinə zidd olaraq təlimlərə qatılmayacaqları barədə açıqlamalar veriblər.
Baş nazir Netanyahu isə buna cavab olaraq ehtiyatda olan hərbçilərin qərarına reaksiya verərək, onların hərbi təlimlərdə iştirakdan imtina etmələrinin təhlükə olduğunu bildirib.
İsrail mətbuatının məlumatına görə, Baş Qərargah rəisi Herzi Halevi hökumətin məhkəmə qaydalarına istinad edərək, baş nazir Netanyahu ilə ehtiyatda olan hərbçilərin, o cümlədən qırıcı pilotların və kibertəhlükəsizlik mütəxəssislərinin təlimlərə qatılmaqdan imtina etməsi barədə danışıb.
Halevi bu məsələ ilə bağlı narahatlığını Netanyahuya çatdırıb və xəbərdarlıq edib:
“Hərbi xidmətdən imtina hallarının yayılması və hərbi xidmətdən imtina ilə bağlı mübahisələr məni çox narahat edir. Bu, İsrail ordusunun əməliyyat qabiliyyətinə zərər verə bilər”, ifadələrini işlədib.
QAZİLER.AZ