Türkiyə XİN rəhbəri Feridun Sinirlioğlu sentyabrın 16-17-də Soçiyə səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov ilə Suriya böhranını müzakirə edəcək. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Türkiyə XİN-dən bildirilib.
“Feridun Sinirlioğlu 16-17 sentyabr tarixlərində Rusiyaya işgüzar səfər edəcək. Səfər çərçivəsində Soçidə onun rusiyalı həmkarı Sergey Lavrov ilə keçiriləcək görüşündə ikitərəfli əlaqələr, Suriyadakı böhran və bir sıra regional və beynəlxalq məsələlər müzakirə olunacaq” deyə sənəddə bildirilir.