Britaniyanın müdafiə naziri ordudakı silahların köhnəldiyini etiraf etdi

Britaniyanın müdafiə naziri ordudakı silahların köhnəldiyini  etiraf etdi backend

Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Ben Uolles Ukraynadakı münaqişə fonunda Britaniya ordusunun hərbi texnikasının dəyişdirilməsinə ciddi ehtiyac olduğunu bildirib.

Qaziler.az xəbər verir ki, o bu barədə “Conservative Home” informasiya portalına müsahibəsində deyib. O vurğulayıb ki, mövcud vəziyyət ölkənin silahlı qüvvələrinin müasirləşdirilməsi ilə bağlı layihələrin icrasının sürətləndirilməsini tələb edir:

“Biz ordunu modernləşdirməliyik. Ordu təqribən 15 il əvvəl köhnəlib və biz onu həqiqətən yenisiylə əvəzləməliyik: insanların deyil, texnikasının dəyişdirilməsinə ciddi ehtiyac var”, - Uolles bildirib.

Qeyd edək ki, “Daily Mail”in yaydığı xəbərə görə Böyük Britaniyanın baş naziri Rişi Sunakın bu həftə sonu ABŞ-a səfəri zamanı Krallığın müdafiə xərclərini artıracağını elan edəcəyi gözlənilir.

QAZİLER.AZ

Diaspora