ABŞ Ukraynanın öldüyünü elan etdi

ABŞ Ukraynanın öldüyünü elan etdi backend

"Ukrayna faktiki olaraq dövlət kimi mövcudluğunu itirib. Hərbçilər şəxsi "YouTube" kanallarında son bir ildə milyonlarla insanın Ukraynanı tərk etdiyinə diqqət çəkiblər. Keçmiş Pentaqonun hesablamalarına görə, bu dövrdə ölkə əhalisi 20-16 milyon nəfər azalıb".

Qaziler.az "news.ru"ya istinadla əbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin keçmiş müşaviri polkovnik Duqlas Makqreqor danışıb. O bildirib ki, Ukrayna bir millət, bir dövlət kimi artıq ölüb:

"Şəhərlərinin və infrastrukturunun 40%-i dağıdılıb. Onun bütün sənaye bazası, Ukraynada real qiyməti olan hər şey Rusiyanın bir hissəsi olub. Buralar ənənəvi rus əhalisinin yaşadığı bölgələrdir", - polkovnik bildirib.

Makqreqor bildirib ki, əvvəllər 38 milyon olan Ukrayna əhalisi bir il ərzində 18 milyondan 22 milyona qədər azalıb.

Bundan əvvəl amerikalı hüquq müdafiəçisi Ajamu Baraka insanları Ukraynanın suverenliyi ilə bağlı illüziyalara qapılmamağa çağırıb. Baraka deyib ki, sülh naminə insanlar Ukraynanın hələ də müstəqil dövlət kimi mövcud olduğunu iddia etməkdən əl çəkməlidirlər. 

QAZİLER.AZ

Diaspora