“WhatsApp” AB-nin qaydalarına tabe olmağı qəbul etdi

“WhatsApp” AB-nin qaydalarına tabe olmağı qəbul etdi backend

“WhatsApp” 4 yanvar 2021-ci ildə istifadəçi müqaviləsini yeniləyərək bu müqaviləni qəbul etməyənlərin hesablarını siləcəyini açıqlamışdı.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası və Aİ ölkələrinin istehlakçıların hüquqlarının müdafiəsi orqanları ötən il istifadəçilərin şəxsi məlumatlarından istifadə ilə bağlı “WhatsApp”a xəbərdarlıq məktubu göndərib.

WhatsApp-a göndərilən məktubda şirkətdən 2021-ci ildə xidmət şərtləri və məxfilik siyasətində etdiyi dəyişiklikləri aydınlaşdırmaq istənilib. Müqavilədəki bir çox maddələr müzakirələrə səbəb olub. Bunlardan birincisi istifadəçilərin şəxsi məlumatlarının “Facebook” ilə paylaşmaq öhdəliyi idi.

AB Komissiyası üzv dövlətlərin istehlakçı qurumları ilə “WhatsApp” arasındakı dialoqdan sonra tətbiqin istifadəçiləri daha yaxşı məlumatlandırmaq və müqavilə yeniləmələri ilə bağlı istifadəçilərin seçimlərinə hörmətlə yanaşmağa razılaşdığını açıqlayıb. Açıqlamada qeyd edilib ki, “WhatsApp” istifadəçilərin şəxsi məlumatlarını reklam və ya digər məqsədlərlə digər Meta şirkətləri və ya üçüncü şəxslərlə, o cümlədən “Facebook”la paylaşmayacaq.

QAZİLER.AZ

Diaspora