"Əgər rus hərbçiləri Baxmutu ələ keçirə bilsələr, bu, Moskvanın bir ildir davam edən hərbi səylərinin sürətini bərpa edəcəyi anlamına gəlməyəcək".
ABŞ müdafiə naziri Lloyd Austin bildirib ki, Baxmut Ukrayna üçün əməliyyatdan daha çox simvolik əhəmiyyətə malikdir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna "The Guardian"-a istinadən xəbər verir.
“Düşünürəm ki, bu, strateji və əməliyyat dəyərindən daha çox simvolik dəyərdir.
Eyni zamanda, Ostin Baxmutun rus qoşunları tərəfindən ələ keçiriləcəyini proqnozlaşdırmaqdan imtina etdi.
“Baxmutun süqutu rusların bu mübarizənin gedişatını dəyişdiyi anlamına gəlməyəcək”, - Ostin əlavə edib.
QAZİLER.AZ