Ölkənin Bəlucistan əyalətində polis maşınına intiharçı hücumu nəticəsində 9 polis məmuru həyatını itirib, 11-i yaralanıb.
Qaziler.az xarici KİV-ə istinadən bildirir ki, hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Son aylar Pakistanda, xüsusilə Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.
İslamabad bildirir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırılıb və idarə olunub.
Əfqanıstan bu iddiaları rədd edir.
QAZİLER.AZ
