Bağdad Vaşinqtonun Rusiya ilə bağlı xahişinə məhəl qoymadı

Bağdad Vaşinqtonun Rusiya ilə bağlı xahişinə məhəl qoymadı backend

İraq hakimiyyəti Vaşinqtonun Suriyaya uçan Rusiya təyyarələri üçün hava məkanının bağlanılması ilə bağlı ABŞ-ın sorğusunu cavabsız qoyub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.



Məlumatda qeyd edilir ki, amerikalı diplomatlar Bolqarıstanı nümunə gətirərək İraqdan hələ sentyabrın 5-də Suriyaya uçan Rusiya təyyarələri üçün hava məkanın bağlamağı xahiş ediblər. İraq tərəfi cavabında bu məsələni nəzərdən keçirdiyini bildirib, lakin ABŞ-ın sorğusuna rəsmi cavab verməkdən boyun qaçırıb.

Qeyd edək ki, bundan əvvəl Bolqarıstan Suriyaya humanitar yardımla uçan Rusiya təyyarələri üçün hava məkanını bağlayıb.
Diaspora