İranla Əfqanıstan sərhədində silahlı toqquşma

İranla Əfqanıstan sərhədində silahlı toqquşma backend

Tərəflər açıqlama verməyib

QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, İran sərhədində atışma olub. Silahlı toqquşmanın  Əfqanıstanla  sərhəd ərazidə qeydə alındığı bildirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi və zərərçəkənlər barədə məlumat verilməyib.

İrandan toqquşma ilə bağlı hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, ötən ayın sonlarında Taliban bir iranlı sərhədçini əsir götürüb və danışıqlardan sonra geri qaytarıb.

 

 

Diaspora