İsraildə təyyarə yandı

İsraildə təyyarə yandı backend

Ölənlər var

İsraildə Negev səhrasında təyyarə qəzaya uğrayıb.

QAZİLER.AZ Lent.az-a istinadla bildirir ki, qəza təyyarə saat səhər saatlarında 60-cı magistralda eniş etmək istəyərkən baş verib.

Yerusəlimin cənubunda yerləşən Beer Şeva şəhərinin xilasediciləri qəza yerinə yola düşüb.

O da bildirilir ki, yerə çırpıldıqdan sonra təyyarə yanıb, göyərtəsində olan kişi və qadın yerindəcə ölüb.

Artıq yanğın söndürülüb. Lakin xilasedicilərin sözlərinə görə, qəza zamanı yanacaq dağıldığı üçün yanğını söndürmək çətin olub.

Həmçinin qeyd olunur ki, qəzaya uğrayan təyyarə aşağı hündürlükdə uçan ultrayüngül sinifinə aiddir

 

 

Diaspora