Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışı Nyu Dehlidə keçirilən konfransda dinləyicilər tərəfindən ələ salınıb.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, “Raisina dialoqu” konfransı zamanı o, Rusiyanın guya Ukrayna xalqının köməyi ilə ona qarşı başlatdığı müharibəni dayandırmağa çalışdığını bəyan edib. Onun çıxışı zalda olanların gur gülüşləri ilə kəsilib.
“Bizim dayandırmağa çalışdığımız və Ukrayna xalqının köməyi ilə bizə qarşı başlayan müharibə, şübhəsiz ki, Rusiyaya, o cümlədən enerji siyasətinə təsir etdi. Biz bundan sonra Qərbdə heç bir tərəfdaşa arxalanmayacağıq”, - Lavrov bildirib. .
QAZİLER.AZ