"Apple" “Mac” və “iPad” alan rusları zəmanətdən məhrum edir

"Apple" “Mac” və “iPad” alan rusları zəmanətdən  məhrum edir backend

“Apple” Rusiyada kompüter və planşetlərinə zəmanət xidmətini dayandırır.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bununla bağlı bir çox səlahiyyətli xidmət mərkəzləri müvafiq məktub alıb.

Xidmət mərkəzlərindən biri öz teleqramında yazır ki, zəmanət müddəti ərzində problemlə qarşılaşan bütün “Mac” və “iPad” sahiblərinə şirkətin mağazasına müraciət edib cihazları geri qaytarmağı tövsiyə edir.

“Apple”ın qərarı “iPhone” və “Apple Watch”a şamil edilmir, lakin mənbə bunun zaman məsələsi olduğunu etiraf edir. Mərkəz həmçinin bildirib ki, indi cihazların təmiri daha çox vaxt aparacaq və müxtəlif logistik xərclərə məruz qala bilər.

QAZİLER.AZ

Diaspora