Çelyabinsk vilayətinin operativ qərargahı regionda dronların istifadəsinə qadağa qoyub.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, məhdudiyyət "Baza hazırlıq səviyyəsi" rejimi aradan qaldırılana qədər qüvvədə olacaq.
“Hazırda Çelyabinsk vilayətinin ərazisində pilotsuz uçuş aparatlarının istifadəsinə qadağa qoyulub. Qadağa Çelyabinsk vilayəti üzrə operativ qərargahın qərarı ilə “Baza hazırlıq səviyyəsi” rejiminin ləğvinə qədər olan müddətə müəyyən edilib”, nazirlikdəm bildirilib.
Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Sankt-Peterburqdakı Pulkovo hava limanının naməlum uçan obyektə görə bağlandığı bildirilir. Leninqrad vilayətinin hava məkanından uçan bütün təyyarələr əks istiqamətə dönüblər. Rusiya Müdafiə Nazirliyi daha sonra Qərb zonasının hava hücumundan müdafiə qüvvələrinin təlimi ilə əlaqədar şəhərin səmasının bağlandığını açıqlayıb.
QAZİLER.AZ