ABŞ və Cənubi Koreya altı ildən sonra ən böyük birgə hərbi təlim keçirəcək

ABŞ və Cənubi Koreya altı ildən sonra ən böyük birgə hərbi təlim keçirəcək backend

ABŞ və Cənubi Koreya mart ayında 2017-ci ildən sonra ən böyük birgə hərbi təlim keçirəcək.

“Freedom Shield” adlanan manevrlər martın 13-dən 23-dək keçiriləcək. Ölkələrin birgə bəyanatına görə, təlimlər təhlükəsizlik mühitində vəziyyətin dəyişməsi nəzərə alınmaqla NATO qüvvələrinin müdafiə və cavab imkanlarını gücləndirməyə, KXDR-in təcavüzünə və son müharibələrdən alınan dərslərə yönəlib.

Fevralın 17-də Pxenyan bəyan edib ki, Koreya yarımadası ərazisində birgə təlimlərin keçiriləcəyi təqdirdə ABŞ və Cənubi Koreyanın “uzunmüddətli, görünməmiş və güclü həlledici cavab”la üzləşəcək.

Qeyd olunub ki, KXDR-də bu cür manevrlərin elan edilməsi təcavüzkar müharibəyə hazırlıq kimi qəbul edilir.

Mənbə: Reuters

Diaspora