Angela Merkel Almaniya kansleri kimi Rusiyanın Ukraynaya genişmiqyaslı işğalını mümkün edən bir sıra qərarlar qəbul etdi.
Qaziler.az UNİAN-a istinadən bildirir ki, bunu Almaniyanın RTL və n-tv telekanallarına müsahibəsində Bundestaqın Müdafiə Komitəsinin rəhbəri Mari-Aqnes Ştrak-Zimmermann deyib.
Deputat Almaniyanın Ukraynaya NATO üzvlüyünə yol açmaqdan imtina etməsini bu baxımdan ilk böyük səhv hesab edir. Zimmermanın sözlərinə görə, 2008-ci ildə bir çox NATO ölkələri Ukraynanın vaxtından əvvəl Alyansa qəbul edilməsinin tərəfdarı idi, lakin o zaman Rusiyanın mövqeyinə görə Almaniya və Fransa buna qarşı çıxdı.
"Bu, o vaxt fransızlar və Angela Merkel tərəfindən böyük səhv idi", - deyə alman deputat bildirib.
QAZİLER.AZ
