Şimali İraqda həyata keçirilən əməliyyatda PKK/KCK-nın Sincar "hərbi qanadının zabiti" adlandırılan Ceko Pir Saad Əli Bedel öldürülüb.
Qaziler.az Türkiyə KİV-ə istinadən bildirir ki, Milli Kəşfiyyat Təşkilatı (MİT) sərhəd daxilində və xaricində nöqtə-atış əməliyyatlarını davam etdirir.
Artıq terror təşkilatı PKK üzvləri üçün təhlükəsiz yer yoxdur.
Separatçı terror təşkilatının "icraçı kadrları"nı hədəfə alan MİT zərərsizləşdirilənlər siyahısına bir yenisini əlavə edib.
PKK/KCK-nın "Sincar hərbi qanadının zabiti" adlandırılan Çeko Pir Saad Əli Bedelin təhlükəsizlik qüvvələri bazalarına qarşı keçirilən aksiyalarda şəxsən iştirak etdiyi və təşkilatın MİT-ə qarşı fəaliyyətlərin rəhbəri olduğu öyrənilib.
Bedel MİT-in Sincarda təşkil etdiyi əməliyyatla zərərsizləşdirilərkən, terrorçunun qalxan kimi istifadə etdiyi mülki əhaliyə zərər verməmək üçün yüksək səviyyədə həssaslıq göstərilib.
QAZİLER.AZ


