Yaponiya varlığından xəbərsiz olduğu 7 min ada aşkarlayıb

Yaponiya varlığından xəbərsiz olduğu 7 min ada aşkarlayıb backend

Yaponiyanın Geoməkan İnformasiya İdarəsi (GSI) tərəfindən aparılan rəqəmsal xəritələmə bu yaxınlarda ölkədə 14 125 ada olduğunu göstərib. Bu, Yaponiya Sahil Mühafizəsinin hesabatından sonra 1987-ci ildən bəri rəsmi olaraq istifadə edilən 6852 rəqəmindən iki dəfə çoxdur.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə CNN məlumat dərc edib.

GSİ-nin məlumatında qeyd edilib ki, yeni rəqəm geodeziya texnologiyasındakı irəliləyişləri və onu hesablamaq üçün istifadə edilən xəritələrin dəqiqləşdirilməsini əks etdirir. Bu isə Yaponiyanın sahib olduğu ümumi torpaq sahəsini dəyişməyib.

GSİ qeyd edib ki, adaların necə sayılması ilə bağlı beynəlxalq müqavilə olmasa da, onlar 35 il əvvəlki araşdırma ilə eyni ölçü meyarından istifadə ediblər. Buraya ətrafı ən azı 100 metr olan bütün təbii ərazilərin hesablanması daxildir. Yeni nömrəyə heç bir süni rekultivasiya edilmiş torpaq daxil deyil.

QAZİLER.AZ

Diaspora