ABŞ-da oğlan polisə evdə gizlənən cinayətkar haqqında məlumat verib.
ABŞ-ın Kentukki ştatının Uilyamsberq şəhərində böyüklərin edə bilmədiyini kiçik oğlan edib. Belə ki, o, evdə gizlənən cinayətkar haqqında polisə məlumat verib.
Qaziler.az bildirir ki, bu barədə "Fox 4 News" xəbər verir.
Polis 45 yaşlı qadını bir sıra cinayətlərdə, o cümlədən narkotiklə əlaqəli cinayətlərdə ittiham edərək axtarırdı. Hüquq-mühafizə orqanlarının əməkdaşları şəxsi evə axtarış qərarı əsasında daxil olublar.
Otaqdakı böyüklərdən heç biri onlara şübhəlinin evdə olduğunu deməyib. Evə qonaq gələn balaca uşaq ayağa qalxaraq: “Dürüst olmaq yaxşıdır. Biz yalan danışmamalıyıq”. Bundan sonra oğlan polisə bildirib ki, axtardıqları qadın hamamın yanındakı otaqda gizlənib.
Cinayətkar narkotik maddə saxlamaqda şübhəli bilinərək tutulub.
Polisdən bildirilib ki, uşaq o evə qonaq gedib.Onun həyatına təhlükə yoxdur. "O, sağlam, ağıllı idi və heç kim onu danlamadı. O, sadəcə olaraq səhv zamanda səhv yerdə olub”, - deyə polis bildirib.
QAZİLER.AZ