Qadını xarici görünüşünə görə işdən qovublar...

Qadını xarici görünüşünə görə işdən qovublar... backend

Zərərçəkmiş işəgötürəni məhkəməyə verib və qalib gəlib.

Belçikada 35 yaşlı qadın sığorta şirkətində işə düzəlib və ilk iş günündə işdən qovulub. İşəgötürənlər onun “qırıq dişlər”ini bəyənməyiblər.

Qaziler.az bildirir ki, bu barədə “Express.co.uk” yazır.

35 yaşlı belçikalı Justine irsi xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən onun dişləri əyriliyə meyillidir.. 2020-ci ilin avqust ayında, pandemiya zamanı o, sığorta şirkətində işləməyə başlayıb. İlk iş günü bir həmkarı ona qəhvə içməyi təklif edib. Maskasını çıxarandan sonra  Justinə işdən çıxmaq əmri verilib.

İşdən çıxarılan sığorta şirkətinin əməkdaşı işdən çıxarıldıqdan sonra şirkəti məhkəməyə verib. Məhkəmə zamanı işəgötürən iddia edib ki, Justin vəzifəni qəbul etməzdən əvvəl diş xəstəliyinin olduğunu açıqlamalı idi. İşəgötürəni təmsil edən vəkillər də Justinin aqressiv olduğunu iddia edibilər.

Belçika qanunları işəgötürənlərin işçiləri xarici görünüşünə və ya əlilliyinə görə işdən çıxara bilməyəcəyini nəzərdə tutur.

Hakimlər Justinə hadisə nəticəsində dəymiş maddi və mənəvi ziyana görə 6 aylıq əmək haqqı təyin edib.

QAZİLER.AZ

 

 

Diaspora