Əfqanıstanın şimalında yaşayan türkmən və özbək qadınları gümüş və qızıl-zinət əşyalarını fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkənlərə göndəriblər.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ölkənin şimalındakı Kunduz və Cuzcan əyalətlərində türkmən qadınlar, Belh vilayətində isə özbək qadınlar qızıl və zinət əşyalarını zəlzələdən zərərçəkənlərə göndərilməsi üçün Türkiyənin Məzari-Şərif Baş Konsulluğuna təhvil veriblər.
QAZİLER.AZ