Kadırov: "Onlarla qəddarcasına davranmaq lazımdır"

Kadırov: "Onlarla qəddarcasına davranmaq lazımdır" backend

“Bryansk bölgəsində gedən döyüşün bütün iştirakçıları ilə ən sərt şəkildə, mümkün qədər sərt və hətta qəddarcasına davranmaq lazımdır”.

Qaziler.az xəbər verir ki, bu sözləri Ramzan Kadırov deyib. O, özünün teleqram kanalında Bryansk vilayətinə hücum edənlərlə ən sərt şəkildə məşğul olmaq üçün çağırış edib.

Onun sözlərinə görə, terrorçuların ailələrinin məsuliyyətə cəlb edilməli və bu vəziyyətlə birbaşa və ya dolayısı ilə bağlı olan bütün məntəqələr bombalanmalıdır:

“Bryansk bölgəsində gedən döyüşün bütün iştirakçıları ilə ən sərt şəkildə, mümkün qədər sərt və hətta qəddarcasına davranmaq lazımdır. Öldürmək üçün vur. Nəinki onlarla məşğul olmaq, hətta Rusiyada yaşayan ailələrini məsuliyyətə cəlb etmək lazımdır”, - Kadırov bildirib.

QAZİLER.AZ

Diaspora