Almaniya kansleri Putinə səsləndi: “Ukraynadan çəkil”

Almaniya kansleri Putinə səsləndi:  “Ukraynadan çəkil” backend

Almaniya kansleri Olaf Şolz Berlində Latviyanın baş naziri Krisjanis Karins ilə görüşüb. Görüşdə NATO-nun şərqində təhlükəsizlik vəziyyəti və Ukrayna məsələsi gündəmə gəlib.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, Berlin administrasiyası Ukraynada sülhün bərqərar olması üçün Moskvaya işarə edib. Şolz hazırkı vəziyyətdə avropalı tərəfdaşlar arasında birlik, həmrəylik və birgə fəaliyyətin vacibliyinə diqqət çəkib:

“Biz Avropa İttifaqı (Aİ) və NATO-da bir-birimizin təhlükəsizliyi üçün məsuliyyət daşıyırıq. Ona görə də əməkdaşlığımızı gücləndirmək məntiqlidir və vacibdir”.

Ukraynanın Rusiyaya qarşı qəhrəmancasına və cəsarətlə mübarizə apardığını bildirən Şolz Avropanın Ukraynanı müvəffəqiyyətli olması üçün transatlantik tərəfdaşları ilə dəstəklədiyini və bu dəstəyin lazım olduğu müddətcə davam edəcəyini bir daha vurğulayıb.

Şolz Ukraynanın danışıqlara razı olması üçün hansı addımların atılması lazım olduğu sualına belə cavab verib: “Rusiya Ukraynaya hücum etdi. Rusiya sülhün mümkün olması üçün addımlar atmalı və nələrsə etməlidir. Lazım olan şey qoşunların bölgədən çıxarılmasıdır”.

QAZİLER.AZ

Diaspora