Yunanıstanda 42 nəfərin öldüyü qatar qəzasının VİDEOSU yayıldı

Yunanıstanda 42 nəfərin öldüyü qatar qəzasının  VİDEOSU yayıldı backend

Yunanıstanın Larissa şəhərində Atinadan Selanikə gedən sərniş qatarı ilə yük qatarının toqquşma anının görüntüləri yayılıb.

Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, dəhşətli qəzanın kamera görüntülərində toqquşma zamanı böyük bir alovu səmaya ucaldığı müşahidə edilir.

Qeyd edək ki, Yunanıstanda yaşanan hadisə zamanı 42 nəfər dünyasını dəyişib. Ölkədə 3 günlük matəm elan edilib. Larissa stansiyanın rəhbəri səhvini üzərinə götürüb və bilərəkdən sərnişin qatarını yanlış yola yönəldiyini deyib.

QAZİLER.AZ

Diaspora