Küveyt məhkəməsi 7 terrorçu barəsində ölüm hökmü çıxarıb

Küveyt məhkəməsi 7 terrorçu barəsində ölüm hökmü çıxarıb backend

Küveyt məhkəməsi İmam Sadıq məscidində 27 nəfərin həlak olması ilə nəticələnən terror aktının təşkilində ittiham edilən yeddi müttəhim barəsində ölüm hökmü çıxarıb.

Küveytin KUNA rəsmi informasiya agentliyinin məlumatına görə, daha səkkiz müttəhim 2 ildən 15 ilədək müddətə azadlıqdan məhrum edilib, 14 nəfərə isə bəraət verilib.

Terror aktı bu il iyunun 26-da törədilib. Buna görə məsuliyyəti özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşma üzərinə götürüb. Bu hadisə Küveytin tarixinə ən qanlı terror aktı kimi daxil olub.
Diaspora