Yaxın 20 ildə Böyük Britaniyada iş yerlərinin 35 faizində robotlar işləyəcək

Yaxın 20 ildə Böyük Britaniyada iş yerlərinin 35 faizində robotlar işləyəcək backend

Oksford Universiteti və "Deloitte" analitik şirkətinin birgə tədqiqatına əsasən, yaxın 20 ildə Böyük Britaniyada iş yerlərinin təxminən 35 faizi avtomatlaşacaq, yəni robotlar işləyəcək.



AZƏRTAC "gazeta.ru" saytına istinadən bildirir ki, alimlər bu cür qiymətləndirmə etmək üçün robotların insanı üstələdiyi və ya ondan geri qaldığı bütün fəaliyyət və qabiliyyət sahələrini sistemləşdiriblər.

Məhsul və xidmətlərin təqdimi, informasiyanın əllə daxil edilməsi və məlumatların manipulyasiyası ilə bağlı peşələr təhlükə altındadır. Robotlar ticarət agentləri, aşpaz, barmen və hətta modelləri əvəzləyə bilərlər.

Bununla belə, avtomatlaşdırma terapevt, fərdi məşqçi, müəllim kimi peşələrə təhlükə yaratmır.

Alimlər robotlar tərəfindən mürəkkəb emosiyaların imitasiyası problemini həll edənədək menecer və dayələrə tələbat olacaq.
Diaspora