Yunanıstandakı qatar faciəsinin səbəbkarı məlum oldu

Yunanıstandakı qatar faciəsinin səbəbkarı məlum oldu backend

Çərşənbə günü Yunanıstanda qatarın toqquşmasından sonra polis tərəfindən həbs edilən Larisa stansiyasının rəisi günahını etiraf edib.

Məlumata görə, o səhvən sərnişin qatarını yanlış yola yönəltdiyini deyib.

“Mən səhv etdim və sərnişin qatarını Katerinidən gələn yük qatarı ilə eyni relslə yola saldım”, - deyə stansiya rəisi polisə bildirib.

Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində azı 36 nəfər həlak olub.

Mənbə: TASS

Diaspora