İsveçrə 2023-cü ilin əvvəlindən Avropanın turistlər üçün ən təhlükəsiz ölkələrinin reytinqinə başçılıq edir.
Qaziler.az xəbər verir ki, “Gamblino.com”da edilən araşdırmada yollarda törədilən qətllər, hücumlar və ölümlər, təbii fəlakət riski və qlobal sülh indeksi daxil olmaqla təhlükəsizliklə bağlı doqquz göstərici təhlil edilib. Ümumilikdə 39 ölkə qiymətləndirilib. Bura təkcə Avropa İttifaqı və Şengen zonasına daxil olan ölkələr aid edilməyib.
Proqnozlara görə, rusların açdığı müharibə səbəbindən son iki yeri müvafiq olaraq 75,1 və 93,8 bal təhlükəsizlik indeksləri ilə Ukrayna və Rusiya tutub. Müqayisə üçün qeyd edək ki, reytinqin lideri İsveçrədə bu göstərici 45 baldır.
Maraqlıdır ki, ilk 10-luqda əsasən Şimali və Qərbi Avropa ölkələri yer alıb.
2023-cü ildə Avropanın ən təhlükəsiz 10 ölkəsinin siyahısı:
1. İsveçrə.
2. İslandiya.
3. Norveç.
4. Danimarka.
5. Lüksemburq.
6. Finlandiya.
7. İrlandiya.
8. Hollandiya,
9. Avstriya,
10. İsveç.
QAZİLER.AZ