Ukrayna Prezident Aparatının keçmiş müşaviri Aleksiy Arestoviç Ukraynada hərbi vəziyyət dövründə xaricə necə getdiyini danışıb.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, o, bunu qanuni yolla etdiyinə inandırmağa çalışıb.
"Mən qanuna tabe olan vətəndaşam və təbii ki, ölkəni qanuni şəkildə tərk etmişəm. Mən tez-tez gedirəm, bu, adətən bir neçə günlük işgüzar səfər olur. Nəticədə Ukraynaya xoş xəbərlər gətirməyə nail olmuşam. Mənim ayrılmam üçün əsaslı səbəblərim var idi, eləcə də evə tez qayıtmaq üçün daha möhkəm əsaslarım var. Mən getdiyimi heç vaxt gizlətmirəm”, – Aretoviç şərhində bildirib.
Eyni zamanda o qeyd edib ki, fəaliyyətinin bir hissəsi Avropa və dünya auditoriyası üçün Rusiya təbliğatına əks-təbliğatdır.
QAZİLER.AZ