“YouTube”un 13 yaşından kiçik uşaqların baxış məlumatlarını toplaması və emal etməsi qanunu pozur”.
Qaziler.az xəbər verir ki, bunu Böyük Britaniyanın informasiya və məlumat hüquqlarının müdafiəçisi Duncan McCann deyib. Onun iddialarına görə “YouTube” uşaqların məlumatlarını toplayır və bununla bağlı şikayət edib.
O bildirib ki, “YouTube” uşaqların baxdığı videolar, yerlər və cihazlarla bağlı məlumatları toplayır. O, bunu uşaqların ailə üzvlərinin istifadə etdiyi cihazlarla edir.
Qeyd edilir ki, ABŞ Federal Ticarət Komissiyası (FTC) 2019-cu ildə “YouTube”u qanunu pozaraq "uşaqları izləmə və reklam satışı" etdiyi üçün 170 milyon dollar məbləğində cərimələyib.
QAZİLER.AZ