Sui-qəsdlərlə bağlı ABŞ PUA-lara üztanıma texnologiyası əlavə edəcək

Sui-qəsdlərlə bağlı ABŞ PUA-lara üztanıma texnologiyası əlavə edəcək backend

ABŞ pilotsuz uçuş aparatları üçün süni intellektlə üz tanıma texnologiyası hazırlayır.

Qaziler.az xəbər verir ki, Müdafiə Nazirliyi və Seattleda yerləşən “RealNetworks” şirkəti arasında bağlanmış müqaviləyə əsasən, üztanıma ilə təchiz edilmiş pilotsuz təyyarələr xüsusi əməliyyatlar personalı tərəfindən xaricdəki missiyalar və kəşfiyyat məlumatlarının toplanması üçün istifadə olunacaq.

ABŞ mətbuatında yer alan xəbərə görə, artıq dronların insanları tanıyacağı ilə bağlı yayılan məlumatlar bəzi təbəqələr tərəfindən narahatlıqla qarşılanıb.

Çünki bu, ABŞ-ın bir insanı hədəf alaraq pilotsuz uçuş aparatları ilə öldürə biləcəyi deməkdir.

ABŞ-ın Müdafiə Nazirliyi və “RealNetworks” arasında 800.000 dollarlıq müqavilə dronlara həm üztanıma texnologiyasını qazandıracaq, həm də bu vasitələrin insan köməyi olmadan uçmasına imkan verəcək.

Qeyd edək ki, ABŞ dronlarla üztanıma texnologiyasından istifadə edən yeganə ölkə deyil. Birləşmiş Millətlər Təşkilatı Liviya qoşunlarının 2021-ci ildə dronları silah və üztanıma proqramı ilə təchiz etdiyini iddia etmişdi. Bundan başqa, Dubay polisi diqqətsiz və sərxoş sürücüləri tapmaq üçün üztanıma texnologiyalı dronlardan istifadə edir.

QAZİLER.AZ

Diaspora