Yunanıstanda 3 günlük milli matəm elan edilib

Yunanıstanda 3 günlük milli matəm elan edilib backend

Yunanıstanda azı 36 nəfərin həyatını itirdiyi qatar qəzasından sonra milli matəm elan edilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Yunanıstan hökuməti ölkə tarixində ən ölümcül qatar qəzasından sonra üç günlük milli matəm elan edib.

Xatırladaq ki, Larisa şəhərinin şimalında Tempi bölgəsində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində azı 36 nəfər ölüb, 25-i ağır olmaqla 85 nəfər yaralanıb.

Bildirilib ki, qatarda olan sərnişinlər əsasən həftə sonu tətilindən qayıdan universitet tələbələri olub.

Ölkədə elan edilən matəm dövründə bütün dövlət qurumlarında bayraqlar yarıya qədər endiriləcək və bütün bayram proqramları ləğv ediləcək.

QAZİLER.AZ

Diaspora