Rusiya Ukraynada hərbi əməliyyatları dayandırmaq niyyətində deyil və hələ də Kiyevə qarşı hücumu bərpa etməyi düşünür.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə kəşfiyyat və əks-kəşfiyyat funksiyalarını yerinə yetirən Latviya Konstitusiyanın Müdafiəsi Bürosunun (SAB) illik hesabatında deyilir.
"Təxmin edirik ki, hərbi əməliyyatlar ən azı 2023-cü ilin sonunadək davam edəcək... Rusiyanın strateji hədəfləri dəyişməyib, ona görə də çox güman ki, qış istirahətindən sonra yeni hücuma keçməyi planlaşdırır. Rusiya rejimi hələ də kiyevə hücumu bərpa etməyi düşünür. Donbasın ələ keçirilməsi minimum taktiki məqsəd olaraq qalacaq”, - məlumatda deyilir.
O da qeyd olunur ki, Ukraynaya qalib gəlmək üçün Qərbdən hərbi dəstəyə ehtiyac var.
QAZİLER.AZ