Yaponiya Rusiyanı rezin və kauçukdan məhrum edə bilər

Yaponiya Rusiyanı rezin və kauçukdan məhrum edə bilər backend

“Yaponiya Rusiyaya öz kimya sənayesinin məhsullarını, o cümlədən rezin və kauçuk almağı qadağan edə bilər”.

Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, bu haqda iqtisadçı Sergey Tolkaçev danışıb.

Onun sözlərinə görə, bu cür məhdudiyyətlər o qədər də əhəmiyyətli deyil və daha çox ritual aktdır. Ekspert izah edib ki, bu yolla Tokio Qərblə həmrəylik nümayiş etdirmək istəyir.

Tolkaçev qeyd edib ki, Rusiya Yaponiyadan məhdudiyyətlər görəcəyi təqdirdə əks sanksiyalar tətbiq edə və Tokio ilə enerji resurslarının ticarətini dayandıra bilər. Lakin ekspert bunu məqsədəuyğun hesab etmir, çünki Rusiya büdcəsi üçün xammal ixracından gəlirləri itirmək sərfəli deyil.

“Rusiya, təbii ki, Yaponiyaya enerji, metal və zərgərlik tədarükünə qadağa və ya məhdudiyyətlər şəklində sanksiyalarla cavab verə bilər, lakin “toplarla sərçə vurmağa” dəyərmi?” Tolkaçev bildirib.

QAZİLER.AZ

Diaspora