“2014-cü ildən bəri Ukraynanın əsas problemi korrupsiyadır”.
Qaziler.az xəbər verir ki, bunu Pentaqon rəhbərinin müavini Kolin Kahl Konqresin dinləmələrində çıxışı zamanı deyib.
O, eyni zamanda qeyd edib ki, Amerika hakimiyyəti Kiyevə verilən silahların təyinat üzrə istifadə edildiyinə inanır.
“Mən 9 ildir ki, Ukrayna məsələsi üzərində işləyirəm və bütün qarşılıqlı fəaliyyətimiz dövründə Ukrayna hakimiyyətinin nümayəndələri ilə qaldırdığımız ən mühüm problem korrupsiya olub. Düşünürük ki, ukraynalılar onlara veriləndən düzgün istifadə edirlər”, – Pentaqonun rəhbərinin müavini deyib.
QAZİLER.AZ