Fevralın 28-də Albaniyada ardıcıl iki zəlzələ baş verib, onlardan birinin gücü Rixter cədvəli üzrə 4 bal olub.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında xəbər verilir.
Zəlzələ yerli vaxtla saat 17:43-də baş verib. Yeraltı təkanların episentri Elbasan şəhərindən 29 km, Lusnya şəhərindən isə 10 km aralıda yerləşib. Zəlzələnin episentri beş kilometr dərinlikdə olub.
Yarım saat sonra Albaniyada daha bir zəlzələ baş verib. Onun maqnitudası Rixter şkalası üzrə 2,6 bal olub.
QAZİLER.AZ