ABŞ: "Ukraynada münaqişə 3 ilə bitə bilər"

ABŞ: "Ukraynada münaqişə 3 ilə bitə bilər" backend

“Ukraynada münaqişə yaxın üç il ərzində davam edə bilər”.

Qaziler.az “RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin müavini Kolin Kahl açıqlama verib.

O əlavə edib ki, hərbi əməliyyatların mümkün davamı ilə bağlı cari qiymətləndirmələri nəzərə alaraq, Kiyevə yardımın maliyyələşdirilməsində Konqresin dəstəyinə ümid edir.

“Biz münaqişənin trayektoriyasını bilmirik. Münaqişə altı aya, iki və ya üç ilə də bitə bilər”, - Kahl deyib.

NATO-nun baş katibi Yens Stoltenberq ötən həftə bildirib ki, Ukrayna münaqişəsi “logistik məhvetmə döyüşü” mərhələsinə daxil olub. NATO rəhbəri bildirib ki, Alyans ölkələrində Ukrayna ordusunu təchiz etmək üçün artilleriya mərmiləri tükənir. Ukraynada döyüş sursatı istehlakı onların Qərb ölkələrindəki istehsal həcmini xeyli üstələyir.

QAZİLER.AZ

Diaspora