Türkiyə və BMT Ukraynanı taxıl müqaviləsi ilə bağlı cavabsız qoyub?

Türkiyə və BMT Ukraynanı taxıl müqaviləsi ilə bağlı  cavabsız qoyub? backend

Kiyev Türkiyə və BMT-dən taxıl sazişinin uzadılması üçün danışıqlara başlamağı xahiş edib, lakin hələlik heç bir rəy almayıb.

Qaziler.az xəbər verir ki, bu bardə “Reuters” Ukrayna hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Ötən həftə Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov agentliyə bildirib ki, Kiyev razılaşmanı ən azı bir il uzatmaq və buna daha çox Ukrayna limanlarını birləşdirmək istəyir.

“Martın 18-i yaxınlaşdığı üçün bu məsələnin həllinə başlamaq xahişi ilə məktub göndərmişik, lakin hələ də cavab almamışıq”, agentliyin həmsöhbəti qeyd edib.

QAZİLER.AZ

Diaspora