“İsrail İranla bağlı hərbi addımlar nəzərdən keçirir”.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen deyib.
O bildirib ki, İran “xərçəng”ə bənzəyir: “Bu dövlət “Həmas”, “Cihad” və “Hizbullahı” maliyyələşdirir”.
Nazir, həmçinin Tehranla bağlı qətiyyətli addımlar atmağa çağırıb: “Bunun üçün vaxt artıq yetişib. Problemin həlli variantlarından biri də İrana qarşı sanksiyalardır”.