Şimali Koreya lideri Kim Çen In ölkədə ərzaq qıtlığı xəbərlərinin artması fonunda kənd təsərrüfatında fundamental dəyişikliklə bağlı əmr verib.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“38 Şimal” monitorinq qrupunun yanvar ayında hazırladığı hesabatda qeyd olunub ki, Şimali Koreyada ərzaq təhlükəsizliyi 1990-cı illərdə ölkəni viran qoyan aclıq ən pis həddə çatıb.
Xəbərdə qeyd edilir ki, Kim bu il taxıl istehsalında hədəfə çatmağın əsas prioritet olduğunu deyib və sabit kənd təsərrüfatı istehsalının vacibliyini xüsusi vurğulayıb.
Hesabatda Şimali Koreyanın hansı tədbirləri görəcəyi barədə ətraflı məlumat verilməyib, lakin Kim bildirib ki, dəyişikliklər yaxın bir neçə ildə baş verməlidir.
QAZİLER.AZ