“Tik-Tok”u qadağan edən ölkələrin sırasına biri də qoşuldu

“Tik-Tok”u qadağan edən ölkələrin sırasına biri də qoşuldu backend

Son zamanlar məxfilik problemləri ilə gündəm olan Çinin sosial media platforması "Tik-Tok" hər ötən gün istifadəçi sayını artırmaqdadır. Xüsusilə gənclər arasında geniş yayılan "Tik-Tok"un şəxsi məlumatları Çinlə paylaşdığı iddia edilir.

Qaziler.az xəbər verir ki, məsələ ilə bağlı Kanada da hərəkətə keçib və ölkə hökumət tərəfindən buraxılan mobil cihazlarda platformanın istifadəsini qadağan edib.

Bildirilib ki, "Tik-Tok" məxfilik və təhlükəsizlik üçün “qəbuledilməz” risk səviyyəsi yaradır və hökumət tərəfindən verilən cihazlarda girişi bloklanır.

Kanada Xəzinədarlığı Şurasının verdiyi açıqlamada "Tik-Tok" haqqında aşağıdakı açıqlamalar verilib:

"Kanada hökuməti hökumət məlumatlarını təhlükəsiz saxlamaq öhdəliyinə sadiqdir. Biz sistemlərimizi mütəmadi olaraq izləyirik və risklərə qarşı tədbirlər görürük. 28 fevral 2023-cü il tarixindən etibarən "Tik-Tok" proqramı hökumət tərəfindən verilmiş mobil cihazlardan silinəcək. Bu cihazların istifadəçilərinin gələcəkdə proqramı endirməsi də qarşısı alınacaq".

QAZİLER.AZ

Diaspora