Makron Afrikadakı ordusunu geri çəkir

Makron Afrikadakı ordusunu geri çəkir backend

Fransa prezidenti Emmanuel Makron Afrikadakı Fransa hərbi bazalarının sayını azaldacaqlarını açıqlayıb. Onun bu açıqlamanı Afrikaya səfərindən əvvəl etməsi diqqət çəkib.

Qaziler.az xəbər verir ki, Fransa lideri bu barədə 1-5 mart tarixlərində 4 Afrika ölkəsinə rəsmi səfərlərindən əvvəl Yelisey sarayında keçirdiyi mətbuat konfransında danışıb. O, ölkəsinin yeni Afrika strategiyasını bu şəkildə açıqlayıb:

“Biz bu dəyişikliyi ölkəmizin Afrikadakı əhatəsini dəyişdirmək, Fransa əleyhinə bəhanə olaraq istifadə olunan keçmişin mirasından uzaqlaşmaq üçün istəyirik”.

Emmanuel Makron qarşıdakı həftələrdə Afrikaya aid mədəni sərvətlərin qitəyə qaytarılması ilə bağlı qanunun mədəniyyət naziri tərəfindən parlamentə təqdim ediləcəyini və bunun Avropa tərəfindən qəbul edilən bir yanaşma olacağına ümid etdiklərini deyib.

Qeyd edək ki, Fransa 2014-cü ilin avqust ayından Malidə yerləşdirilən ordusunu Bamako rəgbərlinin Parislə münasibətlərinin gərginləşməsi səbəbindən 2022-ci ilin iyununda bitirməli olub və bütün əsgərlərini bu ölkədən çıxarıb.

QAZİLER.AZ

Diaspora