Rusiyada əhali arasında avtomobillərin sayı azalıb

Rusiyada əhali arasında avtomobillərin sayı azalıb backend

Rusiya iqtisadiyyatında vəziyyətin getdikcə pisləşməsi fonunda onun ən zəngin bölgələrində avtomobillərin sayında azalma qeydə alınıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.

Rəsmi məlumatlara görə, ümumilikdə ölkədə şəxsi avtomobillərin artım tempi əvvəlki illərlə müqayisədə 3-4 dəfə azalıb. Amma Moskvada, Moskva və Saratov vilayətlərində, Sankt-Peterburqda, Krasnodar diyarında və bir sıra digər bölgələrdə uzun illərdən sonra ilk dəfə olaraq avtomobillərin sayında azalma qeydə alınır.

Belə ki, Moskvada il ərzində avtomobil parkı 16,6 min ədəd, Moskva vilayətində 11,1 min ədəd, Sankt-Peterburqda 11 min ədəd, Saratov vilayətində 7,9 min ədəd azalıb.

Ekspertlər qeyri-adi statistikanı avtomobil bazarında satışın ümumi azalması və ötən il xeyli sayda rusiyalının ölkəni tərk etməsi ilə əlaqələndiriblər. Üstəlik, ən böyük mühacirət zənginlərin yaşadığı bölgələrdən olub.

QAZİLER.AZ

Diaspora