“Airbus” ABŞ-da ilk müəssisəsini açıb

“Airbus” ABŞ-da ilk müəssisəsini açıb backend

“Airbus Group” Avropa Aerokosmik və Müdafiə Konserni ABŞ-da ilk istehsal müəssisəsini açıb.


Yeni zavod Alabama ştatının Mobil şəhərində yerləşir. Konsernin mətbuat üçün məlumatında deyilir ki, zavodda A319, A320 və A321 təyyarələri yığılacaq. Müəssisənin ştatı 250 nəfərdən çox olacaq.

Konsern ABŞ-dakı müəssisəni Avropa və Asiyadakı istehsal şəbəkəsinə qatmaqla, istehsalat bazasını genişləndirib.

“Airbus” 2012-ci ildə ABŞ-da 600 milyon dollarlıq zavod inşa etmək planlarını açıqlamışdı. Zavodun tikintisinə 2013-cü ildə başlanıb. Bu zavodda istehsal edilən ilk A321 təyyarəsi gələn ilin yazında təhvil veriləcək. 2018-ci ilədək zavod ildə 40-50 ensiz füzelyajlı təyyarə buraxmağı planlaşdırır. Konsern ümid edir ki, yaxın 20 ildə təkcə Şimali Amerikada 4700 ədəd ensiz füzelyajlı təyyarəyə tələbat olacaq.
Diaspora