“Roma Papası Fransisk Ukraynada sülh yolu ilə nizamlanma planı hazırlayıb”.
Qaziler.az xəbər verir ki, bu barədəpontifiklə yazışmalar aparan Ümumdünya Köhnə Möminlər Birliyinin sədri Leonid Sevastyanov “RİA Novosti”yə bildirib. Vatikan rəhbəri münaqişə tərəflərinə digər dövlətlərin hərbi yardımından imtina etməyi təklif edib. O, həmçinin ədalətli, əhatəli sülhə çağırış edib:
“Hamı üçün bir dünya! İstənilən müharibənin səbəbi eqoizm və qarşındakını eşitmək istəməməkdir, ona görə də istənilən müharibədə, istənilən münaqişədə hamı günahkardır (Dostoyevski). Barışıq və qarşılıqlı bağışlama əsas xristian fəzilətidir. Müqəddəs Taxt-Tac və Vatikan hamı üçün danışıqlar platformasıdır. Roma sülh şəhəridir! Danışıqların məqsədi hamı üçün uzun və ədalətli sülhdür”, - planın mətnində deyilir.
QAZİLER.AZ