"Ukrayna bir dövlət kimi yox ola bilər" - Podolyak

"Ukrayna bir dövlət kimi yox ola bilər" - Podolyak backend

“Hərbi münaqişəni öz xeyrinə həll etmədən və 1991-ci il sərhədlərinə qayıtmadan Ukrayna bir dövlət kimi yox ola bilər”.

Qaziler.az “News.ru”ya istinadla xəbər verir ki, bunu Ukrayna prezident ofisinin müşaviri Mixaylo Podolyak “Strana.ua”ya müsahibəsində deyib. O əlavə edib ki, Rusiya qoşunları hərbi əməliyyatlara görə hüquqi məsuliyyətə cəlb edilməsələr, yenidən Ukrayna ərazisinə qayıdacaqlar.

“Biz 2014-cü ildə yaşadıqlarımı yenidən qəbul edə bilmərik. Çünki onda biz mövcud olamayacağıq. Belə olan halda gərək zəif olduğumuza imza atıb məğlub olduğumuzu deməliyik. Çünki qələbə olmadan, 1991-ci il sərhədləri olmadan Ukrayna bir neçə ildən sonra yox olacaq. İnsanlar geri qayıtmayacaq, pul olmayacaq, heç kim bizi dəstəkləməyəcək”, - Podolyak bildirib.

QAZİLER.AZ

Diaspora