"Morq"un soyuducusunda 2 gün yatan ölü dirildi...

"Morq"un soyuducusunda 2 gün yatan ölü dirildi... backend

Suriyada dəfn baş tutmadı

Suriyada zəlzələdən sonra ölü tapılan kişi dəfn edilmədən bir neçə dəqiqə əvvəl, cənazə mərasimi zamanı zəlzələdən sonra dağıntılar altında meyiti tapılan kişi dirilib. Möcüzəvi dirilmə xəbəri sosial şəbəkələrdə fəallar tərəfindən yayılıb.

Beləki, Atarib bölgəsində dağıntılar altında sağ qalanları axtararkən Əhməd Əl-Mağribi adlı gəncin cəsədi tapılıb. Həkimlər suriyalının ürək tutmasından öldüyünü bildiriblər. Meyit, gözlənildiyi kimi, morqun soyuducu otağına aparılıb. İki gün sonra dəfn olunmaq üçün kəfənə bürünüb.

Vida mərasimi zamanı kəfənin tərpəndiyini görüblər. Öldüyü zənn edilən şəxsin sağ olduğu ortaya çıxıb. Əhməd Əl-Məğribi xəstəxanaya çatdırılıb, hazırda vəziyyəti normal qiymətləndirilir.

QAZİLER.AZ

Diaspora