Çeçenistan lideri Ramzan Kadırov silahlıları arasında sui-qəsd xəbərindən sonra özünə təsəlli vermək qərarına gəlib və özünü Çeçenistan Respublikasının Qəhrəmanı medalı ilə təltif edib.
Qaziler.az “Kommersant” qəzetinə istinadla xəbər verir ki, mərasim bu gün keçirilib.
Kadırova medalı respublika parlamentinin sədri Maqomed Daudov təqdim edib. Eyni zamanda, o qeyd edib ki, Çeçenistan rəhbərinin respublika qarşısında real xidmətlərini müəyyən etmək üçün “xüsusi araşdırma” aparılmalıdır:
“Sizin Çeçenistan Respublikası və Rusiya Federasiyası qarşısında xidmətlərinizi qiymətləndirmək olmaz və mübaliğəsiz xüsusi araşdırmaya layiqdir”, - Daudov deyib.
Məlumatda qeyd edilib ki, müvafiq mükafatları Kadırovun özü üç ay əvvəl 2022-ci ildə təsis edib.
QAZİLER.AZ