Vladimir prokurorluğu Leninski rayon məhkəməsinə müraciət edərək “YouTube”a girişin məhdudlaşdırılmasını tələb edib. İnstansiyanın materiallarına görə, prokuror https://www.youtube.com da daxil olmaqla bir neçə domenə girişin məhdudlaşdırılmasını istəyib.
Qaziler.az xəbər verir ki, Vladimir vilayətinin prokurorluğundan TASS-a bildirilib ki, iddia bütün videohostinqin deyil, yalnız orada yerləşdirilən fərdi məlumatların bloklanmasını nəzərdə tutur.
“Məhkəmə prosesi gedir və söhbət tamam başqa şeydir. “YouTube”un bütünlükdə bloklanmasına aidiyyatı yoxdur. Biz məhkəmələrə çox tez-tez müraciət edirik, yəni bəzi sayt və ya ayrı-ayrı məlumatların bloklanması ilk hal deyil”, - deyə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
QAZİLER.AZ