"Ceyms Bond" Türkiyə və Suriya üçün 100 milyon funt sterlinq topladı

"Ceyms Bond" Türkiyə və Suriya üçün  100 milyon funt sterlinq topladı backend

Kino tarixinin ən ikonik personajlarından biri olan Ceyms Bond obrazını canlandıran britaniyalı aktyor Daniel Kreyq Türkiyədəki zəlzələdən sonra kömək üçün qollarını çırmalayanlardan olub.

Qaziler.az Türkiyə mediasına istinadla xəər verir ki, İngiltərədəki 14 yardım təşkilatını bir araya gətirən Fəlakətlər Təcili Yardım Komitəsi (DEC) ilə koordinasiyada çalışan məşhur aktyor Türkiyə və Suriyaya yardım kampaniyasına çağırış edib.

Belə ki, 54 yaşlı məşhur aktyor zəlzələlərdən sonra yığılan məbləğlə bağlı məlumat verib. O, 101,5 milyon funt sterlinq topladığını açıqlayıb.

Dünyaca məşhur ulduz toplanan yardıma görə təşəkkür mesajı da yayımlayıb.

QAZİLER.AZ

Diaspora